manera.az
manera.az

“Külək. Yel kürəsinin şahzadəsi” kitabı təqdim edilib

“Külək. Yel kürəsinin şahzadəsi” kitabı təqdim edilib
İyulun 6-da ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərovanın müəllifi olduğu “Külək. Yel kürəsinin şahzadəsi” kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, kitabın təqdimat mərasimi “ASAN Xidmət”, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, BMT-nin İnkişaf Proqramı və digər dövlət, özəl qurumların dəstəyi ilə təşkil olunub.

Tədbirdə bildirilib ki, fantastika janrında olan “Külək. Yel kürəsinin şahzadəsi” Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən kitabdır.

Əsərdə “Yel Kürəsi”nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadam yanaşılıb. Romanda alternativ reallıqlar ortaya qoyulub və Bakının Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri və s. kimi məkanları mistik bir formada oxucuya təqdim olunub.

“Külək. Yel kürəsinin şahzadəsi” kitabı ASAN Könüllülük Məktəbinin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930