manera.az
manera.az

Aşıq Şəmşirin 125 illik yubileyi keçirilib

Aşıq Şəmşirin 125 illik yubileyi keçirilib
Göygöl rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin ustad isimlərindən Əməkdar İncəsənət xadimi Aşıq Şəmşir Qocayevin 125 illik yubiley tədbiri keçirilib.

MANERA.AZ xəbər verir ki. Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən yubiley, Şəmkir Regional Mədəniyyət İdarəsi və Göygöl rayon İcra Hakimiyyəti aparatı tərəfindən təşkil edilib.

Yubileydə aparıcılar tərəfindən Aşıq Şəmşir haqqında ətraflı məlumat verilmiş, saz-söz ustadının aşıq sənəti, ədəbiyyat və incəsənətə göstərdiyi xidmətlərdən söz açılıb.

Tədbirdə regional idarənin Şəmkir rayonu üzrə nümayəndəliyidən Aşıq Vüqar Qurbanov, Göygöl rayonundan Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi, Əməkdar Mədəniyyət işçisi Aşıq Fətullah, Aşıq Ələddin, Aşıq Zülfüqar, AşıqElbrus, Gədəbəy rayonundan Gədəbəy Aşıq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət ""Folklor"" ansamblı və instrumental heyəti, Əməkdar mədəniyyət işçisi Aşıq İmamverdi Mustafayev, gənc aşıqlar qrupu, Daşkəsən rayonundan Əməkdar Mədəniyyət işçisi Aşıq Əhliman , Aşıq Əfqan, Bakıdan Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Sərdar Məmmədli iştirak ediblər.
Aşıq Şəmşirin 125 illik yubileyi keçirilib
20-yədək müxtəlif aşıq havaları üstündə yalnız ustad sənətkarın şeirləri, həmçinin onun böyük saz-söz ustası Səməd Vurğunla deyişməsi oxunub, yubileydə Respublikanın Əməkdar Artisti Mehriban Zəki də Dədə sənətkarın şeirlərini ifa edib.

Maraqlı çıxışlar və ifalarla yadda qalan yubliey tədbirində Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, idarənin əməkdaşları, Aşıq Şəmşir adına mədəniyyət Ocağından və Göygöl rayon ictimaiyyətindən olan nümayəndələr iştirak ediblər.

Tədbirin sonunda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yubiley münasibətilə tədbir iştirakçılarına minnətdarlığını bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930