manera.az
manera.az

"Sweet November" Bakı yemək festivalı başlayır

"Sweet November" Bakı yemək festivalı başlayır
Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Bakıda yemək festivalı təkcə bütün dünya ölkələrinin yeni yeməklərinin dadına baxmaq üçün deyil, həm də öz qastro-startapının möhkəmliyini yoxlamaq üçün əla məkandır. Festivalda qonaqların adi vaxtda heç bir yerdə dadına baxa bilməyəcəyi müxtəlif ölkələrin milli mətbəxindən çoxsaylı yeməklər küçə yeməyi formatında təqdim olunacaq. Qız qalası ətrafında ardıcıl dörd gün davam edəcək şənlik isə uzun müddət yaddaşlarda unudulmaz təəssüratlar buraxacaq.

Festivalda qonaqları bütün mümkün yemək çeşidləri, içkiləri, hərarətli musiqi, eləcə də ustad dərsləri (əlavə edilmiş fayllarda cədvəl və qastronomik xəritə var) ilə təəccübləndirmək üçün 20-dən çox restoran və kafe, çoxsaylı kulinarlar iştirak edəcəklər.

Təşkilatçılar bütün bakılıları, şəhərin qonaqlarını və turistləri Bakıda bu payızın ən dadlı və həyəcanlı hadisəsində iştirak etməyə dəvət edir. Giriş saat 11:00-dan 23:00-dək sərbəstdir.

Xatırladaq ki, açıq havada ilk irimiqyaslı yemək festivalı “Baku Street Food Festival” mayın 19-dan 21-dək İçərişəhərdə keçirilib və bakılılarla turistlərin böyül marağına səbəb olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930