manera.az
manera.az

“2115 qatarı” tamaşasının premyerası olacaq

“2115 qatarı” tamaşasının premyerası olacaq

15 aprel 2015-ci il tarixində saat 19.00-da Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “2115 qatarı” tamaşasının premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada xalq artist, dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisi Nurəddin Mehdixanlı (Kişi), Əməkdar Artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.
75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.
Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu” və “2115 qatarı” pyeslərinin müəllifidir.
Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.
Müəllifin “2115 qatarı” birpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrının tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.
Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031