manera.az
manera.az

Çantamda dopdolu həsrət və ürəyimdə sən...- Şeirlər

Çantamda  dopdolu həsrət və ürəyimdə sən...- Şeirlər

Mustafa Ceylan müasir türk ədəbiyyatında öz dəsti- xətti olan tanınmış şair, yazardır.

Araşdırmaçı yazar olaraq, ədəbiyyat aləmində ömrünü fəda edən insanların həyatını araşdıraraq kitablar ortaya qoyub. Azərbaycan ədəbiyyatı ilə də dərindən maraqlanır, burda onun könül dostları var. Azərbaycan şairləri haqqında çox sanballı kitab yazıb.


Manera.az ünlü türk şairi Mustafa Ceylanın şeirlərini təqdim edir:

QÜRBƏT GECƏLƏRİ

Qürbət gecələrində
Çiskin yağan yağış altındayam sanki.
Qara qatarlar girir xəyallarıma.
Üçüncü mövqedə bir qərib yolçuyam,
Çantamda dopdolu həsrət.
Və ürəyimdə sən...
Bir sərçə örtük atır kürəyimə,
Paylaşır qürbət gecələrimi.
Durur mənim kimi boynu bükük,
Yarasını əllərimlə sarımaq istəyirəm,
Baxıram ki, azadlığa uçub getmiş birdən birə ,
Kürəklərim yıxılır, əllərim sızldayır.

Min əsrlik bir çilə
Sığır qürbət gecələrimə.
Ən çox da anamı və səni özləyərəm,
Bağ dərimi, xırman vaxtı gəldimi görən,
Həna qoxusu gəlir burnuma səhər rüzgarlarıyla.....

İLK GÖRÜŞDƏ EŞQ

Bu kənddən, o kənddən,
Hətta başqa bir məmləkətdən,
Bir başqa ölkədən.
Hər hardan olursa olsun,
Heç bir fərq etməz.
Yaşıl gözlərinə vuruldm onun.
Gördüyüm ilk anda
məftun oldum ona.
Mən daha məndə deyiləm.
Bir baxsa gözlərimə
güzgüyə baxar kimi,
Saf sevgi ilə bir baxsa
Öz əksini görəcək orda.
Amma ....
O, saxta sevdalar, xəyallar arzusunda.
Nə edə bilərəm indən sonra.
Saçlarımda ağ,
Başımda qara sevda.

ZAMAN GƏLİNCƏ

Qar dənəsi örtmüş kimidi,
ağ- bəyaz saçlarım.
Üşüyür,
çox üşüyürəm.
Zaman keçdi, saat , təqvim dəyişdi,
Qapımı sadəcə rüzgarlar açır.
Yuxumu dağıdır səsin, röyalarımda sıx- sıx.
Bilmirəm nə zamandır, yalqızam.
Saymadım, saya bilmədim.
Qar dənəsi örtmüş kimidi ağ- bəyaz saçlarım.
Quşlar uçdu ümid ağacımın sınan budaqlarından,
Başımda sevda yelləri əsir.
İndi könül dağımın yamaclarındadı dumanın,
Boz buludlar qədər uzaq həsrətimsənmi mənim?

Məhşər günü gəlincə
Görüşərik orda....
Qürbətə getdin desəm,
Getmədin bilirəm.
Dostlardan qaçıram,
Terminalda yalqızam.
Ağlamaq istəsəm də ağlaya bilmərəm.
Düşmən zəbt edib könül qalamı.
Neçə əsrdir bayraqsızam.
Əsir düşdüm uğrunda.
Amma geri gəl desəm də
gəlməzsən bilirəm.

Rastlaşarıq məhşərdə.
Söylə mənə , indi hardasan?

EŞQƏ ÇAĞRI

Doğru söyləsən həmişə,
Doqquz kənddən qovularsan deyirlər.
Onuncu kənddən səslənirəm yenə.
“ Səni çox sevirəm”
Korlar bazarında güzgü satılmazmış.
Vazgeçdim.
Karlar bazarında sevda satıram.
Günboyu hayqıraraq:
-“ Səni çox sevirəm”.

Türkiyə türkcəsindən uyğunlaşdıran Nazilə Gültac
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031