manera.az
manera.az

“Sima” mükafatı təqdim olunacaq | MANERA.AZ

“Sima” mükafatı təqdim olunacaq | MANERA.AZ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi “Sima” mövsümi Teatr Mükafatını təsis edib. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat “ən yaxşı tamaşa”, “ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktyoru” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktrisası” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), “mövsümün seçilən aktyoru” (uşaq tamaşaları üzrə), “ən yaxşı rəssam işi”, “şərəf və ləyaqət”, “teatrın dostu” nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.

Mükafatın təqdimat mərasimi iyul ayının ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda həyata keçiriləcək. Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da təqdim ediləcəkdir.

Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031