manera.az
manera.az

Uşaqlar üçün kitab sərgisi açıldı

Uşaqlar üçün kitab sərgisi açıldı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin 2 nömrəli filialı balaca oxucuları üçün “Açıq kitabxana” layihəsini həyata keçirib.

MANERA.AZ xəbər verir ki, layihə çərçivəsində uşaqlar üçün müxtəlif ədəbiyyatlardan ibarət kitab sərgisi də təşkil edilib.

Sərgidə bir sıra xarici uşaq ədəbiyyatları və yeni alınan kitablar nümayiş etdirilib. Uşaqlara kitabın bəşər mədəniyyətinin böyük təzahürü, cəmiyyətin maddi və mənəvi həyatının tərkib hissəsi, siyasi-ideoloji mübarizə vasitəsi olduğu bildirilib.

Vurğulanıb ki, müasir insan üçün faydalı kitab maddi nemətlər istehsalını təkmilləşdirmək, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir. Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan sərgi balaca oxucularda böyük təəssürat yaradıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031