manera.az
manera.az

Gəncə Teatrında monotamaşa hazırlanır

Gəncə Teatrında monotamaşa hazırlanır


Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi hazırda Anton Çexovun “Vanya dayı” əsəri üzərində çalışır.

Səhnə əsərinin aprel ayının sonuna kimi təhvil veriləcəyi planlaşdırılır. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru İradə Gözəlovadır. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işcisi Əli Qasımov məlumat verib. Onun sozlərinə görə, Türkiyənin Merzifon şəhərində keçirilən Beynəlxalq Teatr Festivalda Gəncə Dövlət Dram teatrının aktyorlarının uğurlu çıxışı Moskva Dövlət Dram Teatrının nümayəndə heyətinin diqqətini cəlb edib. “ Festivala ilk dəfə idi ki, qatılan moskvalı həmkarlarımız bizi bu ilin noyabr ayında öz teatrlarının yubiley tədbirinə, 2018-ci ilin iyun ayında Moskvada keciriləcək “Slavyanskiy venets” Teatr Festivalına, 2018-ci ilin oktyabr ayında isə Moskva şəhərinə qastrol səfərinə dəvət ediblər. Kollektivimiz festivalda Anton Cexovun “Qadasi” əsəri əsasında hazırlanan monotamaşa ilə çıxış edəcək. Qeyd etməliyəm ki, bu tamaşanın da quruluşçu rejissoru teatrın baş rejissoru İradə Gözəlovadır. Mono tamaşada xalq artisti Pərvanə Qurbanova iştirak edir.”
Əli Qasımov həmçinin onu da qeyd edib ki, monotamaşa incəsənətin maraqlı və çətin növüdür. Bu tamaşa aktyorun səhnədə solo ifasıdır.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031