manera.az
manera.az

Azadlıq nədir?- Nəyisə etməyə məcbur olmamaq- Cəlalə Nəzəroğlu/ MANERA.AZ

Azadlıq nədir?- Nəyisə etməyə məcbur olmamaq- Cəlalə Nəzəroğlu/ MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara tanınmış jurnalist Cəlalə Nəzəroğlu cavab verir.

- Niyə varsan?

- Atam sevdiyi qadından qızının olmağını istəyib, mən də var olmuşam.

- Niyə yox olacaqsan?

- Zövq almağa heç nə tapa bilmədiyim üçün.

- Niyə yazırsan?

- Bəzən səssiz düşünməkdən bezdiyim üçün.

- Yaşamaq nədir?

- Səhv etmək, təcrübə yığmaq, doğru qərarlar vermək.

- Ölüm nədir?

- Var ikən də ölmək mümkündür deyə, ölüm-səni düşünərkən heç kimin, heç nə hiss etməməsidir.

- Ədalət nədir?

- Qərar verən insan və ya insanların o an üçün özünü haqqlı bilməsi.

- Azadlıq nədir?

- Azadlıq nəyisə etməyə məcbur olmamaqdır!

- Yaradıcılıq nədir?

- Şəhərin səs-küyündən qaçıb tənha sahildə oturmaq kimi bir şeydir; bir anlıq zövq.

- İnsan kimdir?

- Həyatını bəzən yeriyərək, bəzən dırmanaraq, bəzən də sürünərək keçirən canlı.

Tural İsmyılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930