manera.az
manera.az

GTT-da “Yarımçıq qalmış...” tamaşasının premyerası olacaq/MANERA.AZ

GTT-da “Yarımçıq qalmış...” tamaşasının premyerası olacaq/MANERA.AZ


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir yeni səhnə əsərini tamaşaçılara təqdim edəcək. Aprel ayının 5-də saat 19.00-da teatrın səhnəsinə “Yarımçıq qalmış” tamaşasının premyerası baş tutacaq.

Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.
Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Günel Məmmədova,Anar Seyfullayev,Manaf Dadaşov,Zemfira Əbdülsəmədova,İlqarə Tosova,Elgün Yəhyayev,Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar.

Məlumat üçün bildirək ki, tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Tamaşanın 2-ci premyerası 16 Apreldə baş tutacaq.

GTT-da “Yarımçıq qalmış...” tamaşasının premyerası olacaq/MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930