manera.az
manera.az

Kandidin suallarına Günay Arda cavab verir: "Faciə yalnız başqasının olanda maraqlı görünür"/ MANERA.AZ

Kandidin suallarına Günay Arda cavab verir: "Faciə yalnız başqasının olanda maraqlı görünür"/ MANERA.AZ


Volterin "Kandid" əsərindəki suallara bizim tanınan simalar cavab verir. Müsahibimiz tanınmış jurnalist Günay Ardadır.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Nəticələri hisslər yox, insanlar, situasiyalar yaradır.

- Sevgi öldürməyə qadirdir?

- Sevginin işi yaşatmaq olmalıdır. Öldürürsə, dağıdıcıdırsa, metastaz vermədən kəsib atmaq lazımdır.

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Azadlıq zərurətdir. Başqa cür yaşamağı insan qəbul etməməlidir, ruhuna yaxın buraxmamalıdır. Azadlıq hərəkət məhdudiyyətsizliyindən çox ruhi vəziyyətdir.

- Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Başqa bir dünyanın varlığı haqqında səhih məlumatım yoxdur. İnsanın özü qarşısındakı borcu həyatı praqmatikləşdirməkdir, çətinləşdirmək yox.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- O yeni dünya hamının içindədir. İçimizdəki məhdudiyyətsiz, qadağasız, zəncirsiz yeni dünyanı ortaya çıxartmalıyıq. İnsan azadlığına mane olan heç nəyi yeni dünyaya buraxmaq olmaz. Hər şey insan üçündür.

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Yer üzündəki sərvətlər işləməyi sevən hamının haqqıdır. Dünyada bərabərlik yoxdur. “Haqq verilmir, alınır” ifadəsi yeni dünyada yoxdur. Dünyanı üzərində oturduğu öküz yox, insan haqları idarə etməlidir.

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Hər günü son gün kimi yaşamaq söhbətindən zəhləm gedir. Heç ölməyəcəkmiş kimi yaşamaq lazımdır. Sonsuz arxayınlıqdan başqa insanı hüzura heç nə çatdıra bilməz. İnsan hər şeydən arxayın yaşamalıdır. 1 dəqiqə sonrasından, 20, 30, 40 il sonrasından. Sağlamlığından, təhlükəsizliyindən, maddi təminatından, ona qarşı olan sevgidən. Arxayınlıq…

- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Bilərəkdən başqalarına maddi və mənəvi zərər verənlər yeganə əfv etmədiyim insan kateqoriyasıdır. Başqalarına zərər verən, bunu həyat qayəsinə çevirən insanlar var. Beləliklə rəngsiz və mənasız həyatlarına dad qatırlar.

- Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik axtarmağın adı və dadı nədir?

- İçiqara olmaq. İçiqara adamlar hər gözəllikdə bir pis niyyət axtarırlar. Onlar bu içiqaralığın acığını başqalarından çıxmaq istəyirlər.

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Faciə yalnız başqasının olanda maraqlı görünür. İstər tamaşa edin, istərsə də oxuyun.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Nə qədər insan varsa, o qədər də xarakter və fikir var. Sadalanan sifətlər insanların çoxunda var. Kim süddən çıxmış ağ qaşıqdır?!

- Günay Arda cəsarətli adamdır, yoxsa Kandid?

- Günay Arda daha cəsarətlidir. Kandidin cəsarəti qatil olmaqdan o tərəfə keçə bilməyib.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031