manera.az
manera.az

Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ


Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ

Azərbaycan «Maarifçi Qadınlar» İctimai Birliyinin «Ailədə qadının təhsil səviyyəsinin uşaqların təhsilinin və tərbiyəsinin düzgün istiqamətləndirilməsi prosesində rolu» adlı mövzu 2015-ci ildə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsinin qalibi olub.

Mövzu ilə bağlı 2015-ci il 10 iyun tarixində Masallı rayonunda «Təhsilsizliyin törətdiyi acı nəticələr» mövzusunda seminar keçirildi.

Tədbirdə yerli icra nümayəndələri, məktəb direktorları, təhsil işçiləri, icra hakimiyyəti nümayəndələri, valideynlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Masallı İcra Hakimiyyətinin nümayəndəsi Gülşən xanım açdı və qonaqları təqdim etdi.

Maarifçi Qadınlar İctimai Birliyin sədri Ş.Məmmədova çıxış edərək mövzu ilə bağlı məlumat verdi.

Seminarda Maarifçi Qadınlar İctimai Birliyinin üzvü, təlimçi Məhluqə Əzizova layihə ilə bağlı qarşıya qoymuş məqsədlər barədə geniş və əhatəli çıxış etdi.

Mövzu ətrafında Qızılavar tam orta məktəbinin direktoru T.İslamov, Böyük Xocavənd kənd tam orta məktəbinin direktoru A.Zeynalov, Mahmudavar kənd məktəbinin direktoru İ.İbayev, Ərkivan kənd tam orta məktəbinin direktoru S.Cahangirov, Qədirli kənd orta məktəbinin direktoru Elxan Əzizov və digər təhsil işçiləri çıxış edərək bildirdilər ki, Masallı rayonunda qızların təhsilə cəlb edilməsi ilə bağlı xeyli müsbət irəliləyiş olmuşdur. Lakin məsələnin tam həlli üçün müəyyən çətinliklər mövcuddur. Bunların aradan qaldırılması üçün konkret təkliflər irəli sürüldü və qeyd olundu ki, bu məsələ ilə bağlı mütəmadi əlbir işləmək lazımdır. Elə valideynlər var ki, onlar uşaqları cəmiyyətin övladı deyil, tək öz övladı hesab edir və gələcəkdə cəmiyyət bundan ziyan çəkir. Belə valideynlərə qarşı inzibati qaydada tədbirlər görülməlidir.

Çətinliklərdən biri də doqquz illik məktəbləri bitirən şagirdlərin digər kənd məktəblərində tam orta təhsil alması üçün nəqliyyat vasitəsinin olmamasıdır.

Onlar bu məsələlərlə bağlı çətinliklərdən danışdılar və aidiyyatı orqanların köməyinə ehtiyac olduğunu bildirdilər. Seminarda qeyd edildi ki, qadın cəmiyyətin ən qiymətli kapitalıdır. Onların savadlı olmasına çox ehtiyac var. Bu cür tədbirlər tez-tez keçirilməlidir. Müsbət nəticələr əldə etmək üçün bütün təşkilatlar öz səylərini birləşdirməlidirlər.

Manera.az

Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ
Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ
Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ
Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ
Təhsilsizliyin törətdiyi acı nəticələr... | MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930