manera.az
manera.az

Getmə bu şəhərdən ... - Günel Treunun şeirləri |MANERA.AZ

Getmə bu şəhərdən ... - Günel Treunun şeirləri |MANERA.AZ
Manera.az Günel Treunun şeirlərini təqdim edir:

Getmə bu şəhərdən

getmə bu şəhərdən
bu şəhər səninlə doğmadı mənə.
uyuşa bilmirəm adamlarına
öyrəşə bilmirəm maşın səsinə,
bu şəhər səninlə doğmadı mənə.

getmə bu şəhərdən
çox görmə azacıq yuxunu mənə,
bilim ki, nəfəsin bu şəhərdədi.
hər səhər yuxudan oyanan kimi,
küləklər gətirsin qoxunu mənə.

getmə bu şəhərdən
qoy bizi gözləsin tənha qağayı,
qoy mən də tələsim görüş yerinə.
səninlə unudum bütün dünyanı,
qollarım sarılsın çiyinlərinə.

getmə bu şəhərdən
sən mənə hamıdan doğma olan kəs
indi ürəyimin yerində sənsən,
gəlib, yurd salmısan ürək yerimdə
necə nəfəs alım sən olmadan bəs?

getmə bu şəhərdən
nə gündüz gözündən çəkilməyəcəm
gecələr narahat yuxun olacam.
baş alıb, gedərəm sən olan yerə,
mən səni hamıdan çox sevən qadın,
mən sənə hamıdan yaxın olacam.
**

Liman

əzizim,
səni limandan ötürüb,
bir xeyli baxdım arxanca
hiss edirdin, bilirəm.
sən gedən kimi
yetim qaldı bu şəhər
boşaldı,
kimsəsiz oldu sanki
hər şey,
hamı yad gəldi,
ögeyləşdi elə bil
elə darıxdım ki...

geri qaçıb, səni aparan gəminin
arxasınca
qışqırmaq istədim
“nolar,getmə, qayıt”
deyə...
o anda hazır idim dizlərinə
üz sürməyə.
limanda qucaqlayıb,
üzümü boyununa sıxarkən
aldıqım istini özümdə saxlamışdım,
üşümürdüm...
əlimdə hədiyyən vardı
sinəmə sıxıb,
ağladım yol boyu
üzümə baxdı təəccüblə,
acı-acı
kəstanə satan satıcı
“sıcaq kəstanə var, abla
istərmisin” sordu...

Kabataşda
tramvayın ən son istasyonunda
ən son qatara minib,
ən son oturacaqda oturdum.
bir ağ saçlı teyze vardı
“neden ağlarsın kızım,
al mendili, gözlerini sil,
kuzum
bu hayatdır
ağlatır da
güldürür de” söylədi
güldüm...

indi hərdən limana gedirəm,
gəmilərə baxıram
və bilirəm,
hansısa gətirəcək səni
yenə...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031