manera.az
manera.az

“Yuğ” Teatrında “Şok” - MANERA.AZ

 “Yuğ” Teatrında “Şok”  - MANERA.AZ
Oktyabrın 13-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən MANERA,AZ-a bildirilib ki, səhnə əsəri rejissor Günay Səttarın quruluşunda nümayiş olunacaq. Tamaşanın musiqisi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar İncəsənət Xadimi Rəşid Şərifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova canlandıracaqlar. Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq tamaşanın xronometrajı 75 dəqiqədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930