manera.az
manera.az

Şeir qoxulu yuxum... - Afət Natiq | MANERA.AZ

Şeir qoxulu yuxum... - Afət Natiq   | MANERA.AZ
Afət Natiq

Şeir qoxuyurdu yuxum...

Sabahlardan qaçıram,
axşama əsir düşürəm.
gah lunatiklər kimi
gecələri gəzişirəm.

Həsrətinə bükülüb
yuxularda yubanıram,
tez-tez sol yanağımın
ağrısına oyanıram.

Yalana qarışıb doğrum
demə bircə dəliyəm mən,
şeir qoxuyurdu yuxum
yenə də sən idin gələn.

***

Bilmək istəyirəm indi
Neynəyirsən görəsən?
əllərini göyə açıb,
şeirimi söyləyirsən?

Bilmək istəyirəm indi
göydən gəldimi cavab?
yoxsa şair duası da,
ancaq savabdır...savab?

Bilmək istəyirəm indi
dilinə yatdı şeirim?
yoxsa səndən yan keçib
Allahı oyatdı şeirim?

***

Mən səni yazıram:
Sevgini geri istəyirmişsən kimi.
Sən məni yazırsan:
Sevgimi əsirgəyirəmmiş kimi.
Mən səni yazıram:
Yolumu gözləmirsənmiş kimi,
Sən məni yazırsan:
Gəlmə, söyləyirəmmiş kimi.
Mən özümü yazıram:
Səni cox sevirəm kimi,
Sən özünü yazırsan:
İkimiz boyda sevirəm kimi.


MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031