"Xatirələr tez yanırmış..." - Seyran İsmayıl - MANERA
Seyran İsmayıl
Xatirələr necə də tez yanırmış...
yanmış xatirələr sıgortalanmırmış sən demə,
təklif edirəm;
ən qiymətli xatirəsini itirən şəxsə
ən çox təzminat verilsin!
onaltı mərtəbəli binada ən dəyərli xatirəsini itirən ana,
onu xəstəxana odalarında axtarır...
bir ana övladının yanmış şəklinə ağrıyır
bir ana yanmış övladına!...
Manera.az