manera.az
manera.az

Şeir kimi ax qəlbimə, yazım səni... |MANERA.AZ

Şeir kimi ax qəlbimə, yazım səni...  |MANERA.AZ
MANERA.AZ Emin Akifin şeirini təqdim edir:

"Sən həyatsan"

Sən dənizsən.
Səssizliyi tez-tez pozan
Təlatümlü dalğaların özüsən sən.
Sən nə qədər coşsan-daşsan, mənim üçün
Sakitliyin, tənhalığın özü sənsən.

Sən xəzana bənzəyirsən, payız kimi
Göz yaşların ovcundadır, dolma belə.
Ağlamağı qoy qırağa, şeir kimi
Ax qəlbimə, yazım səni bir zövq ilə.

Sən mələksən.
Mələklərin ən gözəli,
Çiynimdə yox ürəyimdə gəzən mələk...
Bu ofsundur sevgi deyil, bu ofsunun
Pozulmağı ömrüm boyu deyil gərək.

Sən günəşsən.
Amma ki, mən yer deyiləm
Həsrətinə gecələri dözmərəm ki.
Sən elə bir əsərsən ki, gecə-gündüz
Təkrar-təkrar oxusam da bezmərəm ki.

Sən dənizsən.
Çox dərindir mənan sənin
Sən arzusan yaşamağa həvəs verən.
Həyat sənin, sən həyatın bənzərisən
Sənə həyat söyləmirəm əbəs yerə.

Sən həyatsan!
Sən həyatsan!


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930