manera.az
manera.az

Cırtdan, gəlirsən gəl, gəlmirsən... | MANERA.AZ

Cırtdan, gəlirsən gəl, gəlmirsən... |  MANERA.AZ
Manera.az Xanım Aydının "CIRTDAN" nağılına dekonstruksiyasını təqdim edir:

Biri vardı, biri yoxdu. Kənddə bir qarı vardı. Bu qarının balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyirdilər.

Bir gün Cıtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:

- Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.

Qarı uşaqları çağırıb hərəsinə bir yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı.

Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:

- Ay Cırtdan, niyə gəlmirsən?

Cırtdan cavab verdi:

- Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.

Buna qədər də bütün yol boyu həmin bu Cırtdan yoldaşlarını xeyli incitmişdi. Uşaqlar onun əlindən daha təngə gəlmişdilər. Gah "acımışam", gah "susamışam", gah da "yorulmuşam" deyib bezdirmişdi onları. Axırı cana doyan yoldaşları Cırtdana belə dedilər:

- Cırtdan, bilirsən nə var? Gəlirsən gəl, gəlmirsən özün bilərsən! Biz getdik. Daha bəsdi nazınla oynadığımız!

Cırtdan pərt olur. Yolu tanımasa da, meşədə tək qalmağa qorxsa da qürurundan durub özü getmir. Deyir:

- Siz gedin, mən getmirəm.

Artıq qaranlıq düşmüş, meşədə ancaq ağacların çətir kimi açılmış budaqlarından səmanın ənginliyindəki sayrışan ulduzlar görünürdü. Başqa heç nə. Cırtdan yolu da tanımır evə qayıda, orada bir inli-cinli də gözə dəymir ki, köməyə çağıra. Arabir uzaqlarda çaqqalların ulaşmasını, bayquşların uğultusunu, bir də ki acımış qarnının qurultusunu eşidirdi. Qaranlıqda yarasalar necə qanad açıb şövqlə uçuşurdularsa, bir anlıq Cırtdanın da ağlından yarasa olmaq arzusu keçdi. Başqa əlac olmadığını başa düşüb qurda-quşa yem olmamaqdan ötrü yavaş-yavaş addımlamağa başladı. Meşənin tən ortasında yol ayrıcına çatdı. Ağaclar seyrəldiyindən ay buraları yaxşıca işıqlanıdrmışdı. Sağ tərəfə gedən yolun sonunda işıq yanır, sol tərəfə gedən yolun sonunda it hürürdü. İşarələr də qoyulmuşdu. Sola gedən yolda "sağa dönmək qadağandır!" işarəsi, sağa dönən yolda isə "sola dönmək qadağandır" işarəsi vardı. Cırtdan xeyli fikrə getdi. Nə düşünüb daşındısa bir sağa baxdı, bir sola baxdı düz qabağa qaranlığa doğru bir-iki addım atmışdı ki, tarappıltıyla bir dərin dərəyə düşdü. Gözünü qəribə bir məkanda açdı. Çoxlu qəribə geyimli adamlar, şənlik səsləri... Cırtdan öz-özünə fikirləşdi ki, görəsən hara düşüb belə. Nənəsinin nağıllarındakı kimi hiss etdi özünü. Elə önə addımlamışdı ki, iki nəfər ona yaxınlaşıb qucaqladılar. Biri o birinə pıçldadı ki, yəqin Gənc Tamaşaçıların aktyorudu. Hərəsi bir tərəfində dayanıb Cırtdanı möhkəm qucaqladılar. Sonra da qara qutuya bənzər bir şeyi üzünə tutdular. Ondan balaca bir işıq yanıb sönəndən sonra 1 manat pul verib sağollaşdırlar. Cırtdan bu kağızın nə olduğunu anlamadı. Ovucunun içində bərk-bərk sıxdı. Qarnının qurultusu ürəyində döyünürdü. Az qalırdı ki, tir-tap yerə yıxıla. İrəlidə yaraşıqlı daxmanın pəncərəsindən bir kişinin lavaşa nəsə bükdüyünü gördü. Gözləri doldu. Nənəm burda olsa mənə yaxmac verərdi, deyə düşündü. Elə bükülən hər nə idisə yeməli şeydi. İyi də gözəl idi. Yaxınlaşıb adının dönər olduğunu öyrəndi. Ac olduğunu dedi. Dönərçi ona bir lavaşarası dönər uzadıb dedi ki, halaldı haaa Cırtdan. Əlində tutub saxladıığı kağızı - pulu dartıb aldı. Cırtdan həvəslə əlindəki dürməyi təpişdirdi. Musiqi sədaları hər tərəfi bürümüşdü. Novruz bayramı idi. Şənlik keçiridilər. Gözlənilmədən hündür, qaraqaş-qaragöz, bığlı, qəribə danışıq tərzi olan bir kişi Cırtdanın qolundan yapışıb səhnəyə tərəf itələdi ki, köpəyuşağına bu qədər pulu elə bil bulvarda gəzib dönər yeməyə vermişik. Cırtdan özündən asılı olmayaraq qoşuldu səhnədəki Novruz tamaşasına. Aşağıdan alqışlayan kim, fit çalan kim. Heç ağız deyəni qulaq eşitmirdi onsuz da. Aşıqların səsi meyxana deyənlərin səsinə, şeir deyənlərin səsi müğənnilərin səsinə qarışmışdı. Bu böyük meydan boyu əllərində qalxana bənzər yarağı olan "cəngavərlər" dolaşırdı. Hər yer elə gözəl, elə yaraşıqlı, işıqlı, bər-bəzəkli idi ki. Hamının üzündən xoşbəxlik, səadət yağırdı. Burada heç kim qəm-qüssəli ola bilməz. Elə bir qayda olaraq ovsunlanmış kimi hamı şən idi. Cırtdan bu həngamənin içində nənəsini xatırladı. Düşündü ki, nənəsi indi göz yaşlarını bir dərya edib Cırtdanı axtarır. Aradan oğrun-oğrun çıxmaq istəyəndə, gözü sayrışan rəngbərəmg işıqlarda qalıb dalı-dalı arxası üstə şəhər meriyasının "Müvəqqəti naratçlığa görə üzr istəyirik" yazısının yanında qazılmış xəndəyə düşdü. Gözünü açanda yenə də meşədə idi. Əllərində fənər onu axtaran kənd uşaqlarının səsini eşitdi. Hay saldı, səs elədi ki, onu tapsınlar, elə tapdılar da. Cırtdanı sağ-salamat gətirib nənəsinə təhvil verdilər. Cırtdan gördüklərini uşaqlara danışdı. Amma ona heç kim inanmadı. Biri əlini yelləyə-yelləyə "yenə də divdən danışsaydın, inanardıq" dedi. O biri "divin boynuna dəyirman daşını keçirməyindən danışsaydın bəlkə inanardıq" dedi. Dostlarından birisə əlini Cırtdanın çiyninə qoyub söylədi:

- Nənən sənə çox nağıl danışıb. Nağıllara inanma. Bizi də inandırmağa çalışma. Sən deyən gözəl bağları, təmiz yolları, işıqlı küçələri, təmənnasız yaxmac verən adamları, şən, şad-xürrəm sakinləri olan "kənd" yoxdu. Bu, nağılın lap yekəsidir!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031