manera.az
manera.az

BSU-nun azyaşlı oxuculara töfhəsi _MANERA

BSU-nun azyaşlı oxuculara  töfhəsi   _MANERA

MANERA.AZ xəbər verir ki, bu günlərdə “Mütərcim” nəşriyyatında BSU-nun tələbələri Turan Əzimli və Vəfa Vəliyevanın tərcüməsində 9 yaşlı polyak yazarı Zuzanna Kavanın “Anya Vud axtarışda” adlı kitabı çap olunub.

Hələ mürəkkəb süjetli dedektiv ədəbiyyat oxumağa hazır olmayan uşaqlar üçün nəzərdə tutulan bu kitab, azyaşlı məktəblilərin təxəyyülünün inkişafına zəmin yaradacağı şübhəsizdir.

Əsərin balaca qəhrəmanı 9 yaşlı Anya Vud özünü xəfiyyə təsəvvür edərək məşhur cinayətkarları bir-bir ifşa edib, ələ keçirir.

Bu kitabın qiyməti ondadır ki, oxucular hələ balacalıqdan sağlam cəmiyyət yaratmaq naminə öz bilik və bacarıqlarını təqdim etməyə, hazırlanır, nadir peşələrdən biri olan dedektiv sənətinə maraq yaradır. Həmçinin kitabın dili uşaq şüuruna uyğun olduğu üçün oxucular özlərini hadisələrin içində hesab edirlər.

Qeyd edək ki, Zuzanna Kava “Təhsil Asossasiyası” İctimai məktəbinin 2-ci sinif şagirdi, “Gündəlik düzgün polyak dili” IX Ümumpolyak dili müsabiqələrinin laureatıdır.

İnanırıq ki, Zuzanna Kavanın çoxsahəli fəaliyyəti, uğurları ilə birgə qələm təcrübəsinin özü də balaca oxucular üçün gözəl örnək olacaq.

Tələbələrin tərcümə sahəsindəki ilk fəaliyyətləri olan “Anya Vud axtarışda” kitabı yaxın günlərdə oxuculara təqdim olunacaq.

MANERA,AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031