manera.az
manera.az

Ayrılığın hər yerində qadın var... ŞEİRLƏR | MANERA.AZ

Ayrılığın hər yerində qadın var... ŞEİRLƏR | MANERA.AZ

Hardan biləsən...

sən elə getdiyin o an ki var ha...
necə sıxılmışam, görməmisən heç..
az belə olmayıb həsrət çəkdiyim,
hələ ağrıları demirəm sənə,
hələ sıxıntılar, bir yana qalsın
o qədər olub ki..bundan betəri
sənin nə vecinə..bu ağrılardan

o qədər deyirdin unut, düzələr
vallah heç olmadı dediyin kimi.
üzümə gülənlər çoxaldı təkcə..
əllərim ağrıdı,sənnən ötəri
bütün yoxluqlara başım qarışdı
bir dəfə olmadı belə xəbərin..

bir də təssəvvür et, hər gecə ölmək
hər qapı səsinə tək səni bilmək
bəzən də yanına it kimi hürmək
heç arzu etmirəm.. irağ üzünnən

durub uzaqlardan özünə baxmaq
büsbütün gün boyu səssiz darıxmaq
təkcə bunlardımı, - hardan biləsən?!..

***
Sonum darıxmaq...

ayrılığın hər yerində qadın var,
hər yerində darıxmaq.
həm də insafsızca darıxmaq
əvvəl bütün bədəninlə,
sonra mesajlarda.
bir də var ölmək
gözdən irağ..
hamı gedirdi ,gərək sən qalırdın
sonsuza kimi öldürmək üçün..
unutmaq həm də sevməkdi
insafsızca.
hardasa sən varsan bədənimdə ,
bir sən qədər unutmaqlıq..
deməkki hələ ağrı var
deməkki hələ uşağam,sadəlövəm.
getməyinlə işim yox,unudulmaq istəyirəm
sənəcən unudulmaq.
mən səni unuda bilmirəmsə
and içirəm
yoxluğundan çox varlığın qalıb
deməkki tanıdığımız küçələr var
haradasa kimsə bizi görəcəyindən
qorxduğumuz olmazlar var.
bir küçə unuda bilsəm
bir şəhər ağlaya bilsəm
bir gecə heç kim olsam..
yoxluğuna bağışlansam..

sən, üzüldüyümə baxma
sonradan bir sən qədər sevərəm
bir sən qədər...
yenə də aldanmaq istiyirəm
bir şəhər qədər
bir küçə qədər
yenə unudulmaq istiyirəm sənəcən
bir küçə qədər
bir şəhər qədər
bir sən qədər...

bir sən qədər köhnəlikdi hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün ən yaxşı yer idin..
sənə oxşarı yoxdu,unutmaqlıqda
tövbə,bir də sən qədər
sevmərəm unutmaq üçün..
ümidlər də yox oldu,bir sən kimi
bircə bu şəhərdə adamlar xoşbəxtdi
uçucuq evlərin damına nisbətdə
bağışlanmış tanrılar günah axtarır
unutmaq,
sevmək...
və sevmək
heç də xoşbəxtlik deyil.

bir sən qədər köhnəlikdi hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün ən yaxşı yer idin..

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031