manera.az
manera.az

Üzsüz kitablarım - RUZGAR MÖVSÜM yazır... MANERA.AZ

Üzsüz kitablarım - RUZGAR MÖVSÜM yazır... MANERA.AZ
manera.az

Üzsüz kitablarım
(esse)


Valideyinlərim bilsə fikir edərlər deyə - uşaq vaxtı yağış yağanda evimizdəki köhnə kitabların karton üz qabıqlarını cırıb, köhnə deşik ayaqqabılarımın içinə qoyurdum. Üzlülüyümə salıb mənə həyatı öyrədən kitabların üzünü qara edib, ayaqlarımın altına salırdım. Bu məktəbə gedənədək yarıyırdı. Məktəbdən evə qayıdanda yağış kəsmirdisə, ayaqlarım islanırdı. O vaxtdan bu günədək həmişə yağış yağanda uşaq vaxtı otağımın küncündəki rəfdən mənə yazıq-yazıq baxan köhnə üzsüz kitablar yadıma düşür.

Sonra mən özümə ayaqqabı alacaq qədər böyüdüm. Ayaqlarım daha islanmadı. Daha üzümü ağ edən kitabların üzünü qara etmədim. Məni üzsüzlərdən qoruyan kitabları əzizləyib, gözlərimin üstünə qoydum və onlar mənim görən gözlərim oldular.

Mən ayaqqabı alacaq qədər böyüdüm. Amma kim bilir, indi haradasa hansısa uşaq otağındakı kitab rəfində neçə-neçə üzsüz kitab var və neçə üzlü kitab bu yağışlı günlərdə cırılıb, deşik ayaqqabıların içinə qoyulacaq ki, kiminsə balaca ayaqlarını islanmaqdan qorusun.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930