manera.az
manera.az

Tənqid düşmənçilik faktı kimi... | MANERA.AZ

Tənqid düşmənçilik faktı kimi... | MANERA.AZ



Ötən əsrin ədəbi çək-çevirləri bizdə belə bir təəssürat yaradır ki, çağdaş ədəbi tənqid 30 il əvvəlki ədəbi düşüncəni sağlam tənqidin hədəfi etməkdə sanki çətinliklərə məruzdur. Bu mənada, ədəbiyyatın çatvermə prosesi ya qəbul olunandır, ya da inkara tuşdur. Əsas odur ki, ədəbiyyatda çatvermə var. Buna da güclü və mənasız axınlar zəmin yaradır. Diqqət yetirək: son 20 ildir ədəbi mühitdə nə qədər zəif düşüncə və yöndəmsiz ədəbi xarakterlər cəmdir. Bu cəmlik üst-üstə qalaqlanıb, ədəbiyyatın yüklənməsinə, qismən də çat verməsinə yol açıb. Bu bəlanı ədəbi üfüqlərdən götürmək üçün 30-40 il əvvəlin sağlam tənqidi meydana çıxmalıdır.

İndiki tənqidçilərin bir qismi o dövrün ədəbi düşüncəsi ilə fikir formalaşdırır. Ancaq bu gün onlar da əməlli-başlı sosial ədəbi çək-çevirin içində çabalayırlar. Məsələn, bizə konkret bir məqam göstərin ki, orada son 30 ilin romançılıq, poeziyaçılıq və yaxud bu sferalarda var-gəl edən sadə yığınçılıq prosesləri barədə hansısa dəqiq ədəbi mülahizə yürüdülüb. Amma biz sağlam tənqidi yazılar oxumaq istəyirik. Təəssüf, bu, baş vermir. Oxuduqlarımız da sadəcə, xoşhal tərifdir.

Hazırkı ədəbi miqyaslar “yaratma” missiyasına sirayət etməkdən çox fərdi-iddialı çürük təfəkkürə uyğunlaşırlar. Hətta üzdə olan qələm sahibləri də aldadıcı manevrli fikri-hissiyyata uymaqla, xalq yazı fəlsəfəsinin üstündə yalançı-əks uyğun çevrə cızıblar. Bu çevrənin içində görünən miqdar bir az yaradıcılıq, bir ovuc təkrarçı ənənə, bir çuval da təməlsiz iddiadır. Zənnimizcə, bununla ədəbi əhatədə genişlik yaratmaq qeyri-mümkündür.

İki əsrdir ədəbiyyatımızın dam hissəsində heç bir səs-küy yoxdursa, bu, fərdi yanaşmaların aldadıcı təsir olması faktını isbatlayır. Yalançı, boğazdan yuxarı təriflə cəmiyyəti ədəbi çevrədə hər şeyin yaxşı olduğuna inandırmaq mümkün olmur. Həm də görünən miqyaslarda ədəbi çək-çevirlər bir növ klançılıq mahiyyəti daşıyır... Hazırkı sosial asılılıq da ədəbi mühitdəki durğunluğun və geriləmənin əsas səbəblərindən biridir...

Bəllidir ki, Azərbaycan ədəbiyyatı uzun müddət sovet ədəbiyyatı çərçivəsində özünəməxsus pillələrdə var-gəl edə bilirdi. Nəticə etibarilə güclü qələm sahibləri yetişirdi. Biz onları gördük, oxuduq və ara-sıra təhlilərə cəlb etdik. Baxmayaraq ki, sovet ədəbiyyatı müəyyən çərçivədə olsa da, arzuolunan səviyyədə özünü göstərə bilirdi. Sual olunur: bəs, bu gün sərbəst çərçivəli ədəbiyyatımız hansı səbəbdən ümumi inkişafa cavab verməkdə axsayır?

Son 30 ilin ədəbi çək-çevirləri bir növ klançılıq mahiyyəti daşıyır. Sanki bir qrup şəxs maraq əhatəsinə çıxarılacaq qələm adamını güclü təbliğata cəlb etməklə bizə tanış ədəbiyyat üfüqlərində azmançı cığır açmaq istəyir.

İctimai fəlsəfədə belə bir cərəyan var - iddia istedadın qatı düşmənidir. Açığı, bir sıra qələm sahibləri özlərinin poetik təbəddülatlarını bəlkə də iddia ilə əhatələyirlər. Bu səbəbdən onların poeziyası özlərindən xəbərsiz çərçivə daxilinə düşüb. Yəni indi yazdıqları yarıbayarı əvvəl yazdıqlarının kopiyasıdır.

Gənc ədəbi mühit də düşünməsin ki, israrçı bir iddia ilə ədəbiyyata hücum çəkib. Yaxşı olardı ki, onlar bu həmlənin sonunda böyük bir boşluğun durduğundan xəbərdar olsunlar.

Yaxşı ki, ədəbi ovqatlı, poetik düşüncəli gənclərimiz də var. Lakin onlar da müəyyən mənada “ədəbiyyat klanları”nın şinelini geyindikləri üçün bədbəxtdirlər. Yəni müasir ədəbiyyat bu çək-çevirdə heç nə əldə edə bilmir və nəticədə ədəbi mühitdə zəifləmə, parçalanma, geriləmə yaranır. Ədəbiyyatdakı durğunluğa gəlincə, bunun səbəblərindən biri qələm adamlarının boğazdan yuxarı təqdimatıdırsa, digər səbəb ədəbi tənqidin satın alınmasıdır. Tam səmimi deyirik ki, bu gün heç bir ədəbi tənqidçi ədəbiyyat xatirinə təhlil aparmır.

Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, hazırkı sosial asılılıq ədəbi mühitdəki durğunluğun və geriləmənin əsas səbəbidir. Burada vicdanın yarıya qədər azalması istisnadır. Necə ki, həkim “Hippokrat” andı içir, eləcə də ədəbiyyatçı Alahın “ol!” kəlməsinə könül verməlidir. Əks təqdirdə ən aparıcı tənqidçi belə, adi bir cızma-qaraçını yüksək səviyyədə tərifləməyə məhkumdur. Unutmayaq ki, 30-40 il bundan əvvəl yetişmiş görkəmli şair və yazıçılarımız məhz sovet ədəbi tənqidinin təsirindən dünya səviyyəsi qazanıblar. Bu mənada hələ ki, müasir ədəbi tənqidin 40 il sonra üçün Əli Kərim, Məmməd Araz yetişdirəcəyinə inanmırıq. Konkret desək, bugünkü ədəbi tənqid sadə bir mədhiyyə xarakteri də daşıyır.

Məsələ burasındadır ki, bugünkü ədəbi nəsil qismən də özündən əvvəlki nəslə oxşamağa çalışır. Necə ki, hər kəsin öz adı var, eləcə də hər kəsin öz ədəbi-poetik yolu olmalıdır. Əks halda, sabah barmaq uzadacağımız kimsə olmayacaq.

Açığı, tənqidə əks zəmin verən mütaliə də müəyyən mənada həm lazımdır, həm də buna ehtiyac yoxdur. Birinci səbəb; gənc yazar tövsiyə əsasında, tutaq ki, tanınmış şairlərdən kimisə oxumağa məcburdur. Əmin olaq ki, həmin gənc bir-iki aya ya o şairə oxşayacaq, ya da onun ədəbi üslubunu təkrar edəcək. Belə bir yazara da ədəbiyyatın ehtiyacı yoxdur. İkinci səbəb; mütaliə ədəbiyyata sürətli mənimsəmələr, oğurlamalar, təkrarlama və hətta təqlidçilik gətirir. Belə hallarda da ədəbiyyat məhvə məhkumdur.

Hazırkı ədəbi mühitin tənqidi qəbul etmədiyi bizə bəllidir; ədəbi tənqid ictimai mənasını demək olar ki, itirib. Buna görə 30-40 il əvvəl tənqid tərbiyə vasitəsiydi, bu gün düşmənçilik faktıdır.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031