Bəhram Osmanovun "Son reportaj"ı - FOTOLAR | MANERA.AZ
Son reportaj tamaşasının premyerası keçirildi.
Tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi,"Son reportaj" tamaşasının premyerası keçirildi.
Tamaşaya xeyli sayda bölgə teatrlarından və şəhər ictimayyətindən tamaşaçı gəlmişdi.
Tamaşadan sonra çıxış edən əməkdar artist Ella Yaqubova başda teatrın direktoru və quruluşçu rejissor olmaqla bütün teatr işçilərini təbrik etdi.
Daha sonra tamaşanın müəllifi olan İlqar Fəhminin təbrik məktubunu tamaşaçılara çatdırdı.
Sonra söz tamaşanın quruluşçu rejissoru Bəhram Osmanova verildi.Bəhram müəllimdə bütün yaradıcı heyyətə öz təşəkkürünü bildirərək, tamaşada əməyi olan hər kəsə minnətdarlığını bildirərək, tamaşanın əsas sujet xətti yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs etdiyini vurğuladı.
Hamımıza məlumdur ki, lap qədim zamanlardan incəsənət bir sənət növü kimi yaranandan sonra bu sənətə meyl edənlər arasında daim rəqabət hökm sürüb.Teatr isə qüvvətli sənət olduğundan bu rəqabət həmişə ön planda olub.Və kimlərsə irəli çıxanda o biriləri onun əleyhinə min cür iftiralar yayaraq həmin sənətçini cəmiyyətdə hörmətdən salmağa çalışıblar.Və yaxud da əksinə.Kimlərsə öz imkanlarından istifadə edərək sənətdə birinci olublar, bu birincilikdən də həmin şəxsdən ətrafda yararlanaraq onu vəsf ediblər.Nəticədə isə itirən həqiqi sənət, qazanan isə dilitant və difiramb söyləyənlər olub.Beləliklə sənətdə yaxşı adam sayılan ortababat sənətçi ilə pis adam sayılan əsl ustad arasında gizli mübarizə gedib.Yazıçı və senarist İlqar Fəhminin qələmə aldığı “Son reportaj” pyesi məhz belə amillərə toxunur, hətta bəzən təkcə mənəvi yox , cismani ölümə də səbəb ola bilən yaxşı və pis sənətin doğurduğu faciələrə cavab tapmağa çalışır.
Sevindirici hal budur ki, İlqar Fəhminin bu pyesi ilk dəfə olaraq Mingəçevir Dövlət Dram Teatrında hazırlanmış və bu teatrın yaradıcılarından sayılan Respublikanın əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovu bir sənət benefisinə çevirmişdir.İlk baxışdan elə teatrın rəhbərliyi və tamaşanın qurluşçu rejissoru Bəhram Osmanov məhz bu iki sənətkar üçün bu pyesi seçmişdir.Bəhram Osmanov Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dəvətli olaraq bir neçə tamaşaya quruluş verdiyindən hər iki sənətkarı yaxşı tanıdığından bu qərara gəlmişdir.Təyyar və Seymur rollarını isə teatrın gənc aktyorları Asim Əmirov və Firuz Hacıyev ifa ediblər.Tamaşada hiss olunurki yaşlı sənətçilərlə gənc sənətçilərin vahid birliyi alınıb və onlar rejissorun qoyduğu tələbləri düzgün yerinə yetirməyə çalışıblar.
Tamaşada zaman və məkan anlayışının qarışdığında bu hadisə hər bir dövrdə baş verə bilər.Bu problem Şekspir dövründə də olub, Molyer dövründə də.Bu yaxın dünənimizdə, bu günümüzdə, bəlkə də gələcəkdə də olacaq.Çünki bu problem elə sənətin özü ilə birgə yaranıb və bunu dəf etməyə hər sənətçinin gücü çatmır.Tamaşa forma və uslub baxımından, sərtliyində Mingəçevir Dövlət Dram Teatrı üçün yenidir.Və ifaçılar maraqlı, lakonik idarə vasitələri ilə tamaşanı daha da baxımlı etməyə çalışıblar.
Rəssam Yusif İmamverdiyevin maraqlı səhnə tərtibatı, Elnur Rəsulovun musiqi tərtibatı tamaşada ön plana çəkilən fikirlərin təsir gücünü tamaşaçıya çatdırılmasında böyük, mühüm rol oynayır.