manera.az
manera.az

Gənc dramaturqlar üçün yazı müsabiqəsi elan edildi

Gənc dramaturqlar üçün yazı müsabiqəsi elan edildi
ABŞ-ın Yale Universiteti 2021-ci il üçün Dram Yazı Müsabiqəsini elan edib. Yale Dram Yazı Müsabiqəsi gənc dramaturqlar üçün hər il keçirilən, beynəlxalq müsabiqədir. Müsabiqə Devid Çarlz Horn Fondunun dəstəyi ilə maliyyələşdirilir.

Manera.az xəbər verir ki, müsabiqənin qalibinə fond tərəfindən 10 min ABŞ dolları məbləğində mükafat veriləcək.

Qalibləri dövrümüzün görkəmli dramaturqları seçəcəklər. Bu müsabiqə yalnız ingilis dilində yazılmış pyeslərlə məhdudlaşır. Təqdim olunan işlər orijinal, dərc olunmamış ən azı 65 səhifədən ibarət tammetrajlı pyeslər olmalıdır. 65 səhifədən az olan pyeslərə baxılmayacaq. Tərcümələr, myuzikllar və uşaq tamaşaları qəbul edilmir.

Yale Dram Yazı Müsabiqəsi gənc dramaturqlara dəstək olmaq üçün nəzərdə tutulub. Müəllif müsabiqədə yalnız bir dəfə qalib gələ bilər.

İşlər “Word” proqramında yığılmalı, səhifələri nömrələnməli və peşəkar pyes formatında olmalıdır.

Müraciət etmək istəyənlər https://yup.submittable.com/submit ünvanına daxil ola bilərlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930