manera.az
manera.az

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Azərbaycanda koronavirusla bağlı son vəziyyət
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

Operativ Qərargahdan Manera.az-a verilən məlumata görə, son sutka ərzində daha 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırki dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031