manera.az
manera.az

Mərsiyələri dillər əzbəri olan şair - Gülbala Dadaş yazır

Mərsiyələri dillər əzbəri olan şair - Gülbala Dadaş yazır
Söz var ki, böyük SÖZdür. Söz də var ki, sadəcə sözdür.

Söz var ki, deyildiyi andan nəhayətsiz zaman boşluğuna düşüb yox olur. Elə söz də var ki, zaman onu öz çiyinlərinə alıb ta bu günlərə kimi gətirib çıxarır.

Şərq ədəbiyyatının günəşi Şeyx Nizami Gəncəvi belə deyir: "Sözü o qədər danışdır ki, sözün sözü tükənsin”. Bu yerdə yadıma Benjamin Volterin bir sözü düşür: "Gördüyün son dərəcə valehedici təsvirləri verə bilmək üçün söz axtarıb tapmaq lazımdır, söz!” Zamanından və məkanından asılı olmayaraq harda ki, sözdən danışılır, Məhəmməd Füzulinin "Söz” rədifli qəzəli beynimdə səslənir:

Xəlqə ağzın sirrini hər dəm edər izhar söz,
Bu nə sirrdir kim, olur hər ləhzə yoxdan var söz.

Gəlin, bu yerdə bir ləhzə sözün şirinlik məqamına varaq:

Məgər gün eşqi – camından içib, ey şuxi – mehparə,
Dəyər məstanə hər saət o divarə, bu divarə.

Mərsiyələri dillər əzbəri olan şair - Gülbala Dadaş yazır
Bu hüsnü-mətlənin müəllifi Əbülhəsən Racidir. O Raci ki, Məhəmməd Füzulinin barmaqla sayılası davamçılarından biridir. Ancaq Racinin qəzəllərindən daha çox mərsiyələri dillər əzbəri olub. Buna səbəb şairin özünəməxsusluğu olub. Bu ustadın yaradıcılığının bir hissəsi məni kədərləndirib, digər tərəfi əhvalımı xoş edib.

Təbrizli Əbülhəsən Racinin doğum tarixi haqda təəssüf ki, dəqiq məlumat yoxdur. Bəzi mənbələrdə bu rəqəm 1831-ci il kimi, bəzi mənbələrdə isə 1834-cü il kimi qeyd olunmaqdadır. Başqa bir mənbə isə Əbülhəsən Racinin doğum tarixini 1812-ci il kimi göstərir. Amma bu məlumatlar tarixi gerçəkliyi özündə əks etdirmir. Onun dünyasını dəyişməsi haqqında hər üç mənbə eyni faktı təsdiqləməkdədir.

Əbülhəsən Raci müqəddəs Həcc ziyarətindən qayıdanda Qırmızı dənizdə gəminin bütün heyət və sərnişinləri ilə birgə suya qərq olub. Bu məsələ məni çox düşündürür...

Hilali qaşuva ey zülfü qarə kəc baxanın,
Cahanda rast görüm Zülfiqarə tez gəlsün.


Bu beytdən görünür ki, şair "zülfü qarə” birləşməsi ilə "Zülfüqarə” sözündən istifadə edərək uğurlu bir cinas yaratmışdır. Belə beytlərə onun yaradıcılığında tez-tez rast gəlmək olar:

Dağıt o əgri qaşın üstə zülfi - qarə yeri,
Ver indi qeybəti – kübrada zülfüqarə yeri.


Şair bu beytdə də eyni cinasdan istifadə etmişdir. Bu beytlərdə istifadə olunan bədii sənətlər eyni olsa da, mənalar tam fərqlidir. Bədii sənət vasitələrindən böyük məharətlə istifadə edən müəllif "yeri” rədifli qəzəldə "yeri” sözünü bir neçə mənada işlətmişdir.

Gedəndə mən sənə qurban, rəqibdən gizlin,
Dalınca gəlməyimə barı et işarə yeri.


Bu beytə nəzər salanda məlum olur ki, Əbülhəsən Raci "yeri” deyəndə hansısa yeri və məkanı nəzərdə tutur.

Fəqani-bülbülü gör, bircə xar ilən gülə bax,
Günah səndə deyil, "tüf" bu rüzigarə yeri.


Burada isə görürük ki, o, iki misranın içərisində bir neçə uğurlu əməliyyat aparmışdır. İlk növbədə bülbülün əfqanı və güllə xarın bir-birinə yaxın olmasından bəhs edir ki, bu sənət də klassik ədəbiyyatda "tənasüb” adlanır. İkinci misrada isə "tüf” sözü yerli yerində işlədilir ki, bu da beytə ayrı bir rəngarənglik verir. Şair "yeri” sözündən burda "çıx get” mənasında istifadə edir.

Racinin yaradıcılığında dərin maraq doğuran cəhətlərindən biri də bədii dil xüsusiyyətidir. Şairin yaradıcılığına nəzər saldığımız zaman onun yüksək peşəkarlıqla qələmə aldığı qəzəllərə heyran olmamaq əldə deyil. Əsasən xalq dilində, şifahi nitqdə istifadə olunan sözləri yüksək peşəkarlıqla işlədən müəllif öz dövrünün sənətkarlarından məhz bu xüsusiyyətlərinə görə fərqlənməkdədir.

Razısan, ey könül, əflaka fəqanun çıxsun,
O qədər ahu – fəqan eylə ki, canun çıxsun.

Dedin: "artıqdır, Züleyxa, bu gözəldən Yusif”,
Deyim açsın üzünü, yar, yalanun çıxsun?


Şairin yaradıcılığında məni özünə cəlb edən qəzəllərdən biri də onun "Lalə” rədifli qəzəlidir.

Xəyali-zülfü – rüxsarü-ləbi- ləlinlə, ey saqi,
Mənim könlümdə gəh sünbül bitər, gəh qönçə, gəh lalə...


Bu beytdə də şair çox gözəl bir sənətdən istifadə etmişdir. Şair öz yarının zülfünü (saçını) sünbülə, rüxsarını (üzünü) qönçəyə, ləblərini (dodaqlarını) isə laləyə bənzədir. Bir məqamı da qeyd edək ki, klassik ədəbiyyatda üç və ya daha çox bənzətmənin bir arada işlədilməsi sənətinə "ləfhür-nəşr” deyilir.

Əbülhəsən Raci özü ilə eyni dövrdə yaşayan müasirlərindən onunla fərqlənir ki, o, rahatlıqla bu gün asanlıqla başa düşülür və oxunur.
Əslində, qəzəl heç vaxt köhnəlmir, sadəcə öz dövrünə uyğun olaraq müasirləşir./artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031