manera.az
manera.az

Sabir Rüstəmxanlıya oxucu sualları - LAYİHƏ | MANERA.AZ

MANERA.AZ-ın “Oxucu sualı” layihəsinin bu dəfəki qonağı yazıçı Sabir Rüstəmxanlıdır. Qeyd edək ki, suallar yazıçının bu yaxınlarda çap olunmuş “Şair və Şər” romanı əsasında hazırlanan oxucu suallarıdır.

Sualları təqdim edirik:

1. Sabir bəy, yeni romanınızla ədəbiyyat tariximizin qaranlıq səhifələrindən birinə işıq tutduğunuz, təzadlı şair taleyindən söz açdığınız üçün oxucular adından Sizə təşəkkür edirik. Hadinin, demək olar ki, oxunmadığı bir zamanda oxucuları onun şəxsiyyəti, taleyi və düşüncələri ilə tanış etməkdə çox böyük savab iş tutmusunuz...

2. Kitabın əvvəlində Şirvana gələn gəzərgi bir dərvişdən söz açdız. Dərvişlik məktəbi məni çox düşündürən mətləbdir. Türkün tarixi boyunca onlar haqq sözünü, gizli mənalara xalqa şairlə çatdırmışlar. Kimlərdir onlar – din missionerləri, qədim şamanların gizli elmlərinin daşıyıcıları, tarixi bilinməyən muğam və şeir biliciləri?

3. Sabir, Səhhət, Hadinin bir-biri ilə söhbətini oxuduqca onların qəlbindəki millət, vətən sevgisinə heyran qalmamaq mümkün deyildir. Bəs bugünkü Sabirin millət dərdindən danışmağa Səhhəti, Hadisi varmı?

4. Hadinin Kürdəmirdə müəllim işlərkən yalançı din xadimləri tərəfindən kafir kimi qələmə verilməsini oxuyarkən müasir dövrümüzdə şeirə, şairə yeni münasibətin yaranmasına görə sevindim. İndi bütün məclislərdə savadlı ruhanilər klassiklərdən qəzəllər misal gətirir, camaatın sevdiyi şairlərin fikrini bir daha onlara çatdırırlar. Sizcə bu nəyi bildirir, din xadimlərimizin daha da savadlanmasını, yaxud Füzuli, Nəsimi, Seyid Əzim dühalarının gücünü?

5. Əhməd bəy, Əli bəy və Hadi olaraq türk dili barədə danışırlar. Əsrin əvvəllərindəki həmin problem indi də aktualdır. Türk ölkələri arasında təfriqə salan kimlərdir ki, onlar həmin şairlərdən də, bugünkü ziyalılardan da güclüdürlər?

6. “Difai fədailəri” romanınızda Əli bəy Hüseynzadənin fəaliyyətini gen-bol işıqlandırmısınız, lakin “Şair və Şər” romanında da ondan söz salanda yenə ətraflı izahatlar, geniş məlumatlar verirsiniz. Hiss olunur ki, onun şəxsiyyətinə böyük hörmətiniz vardır. Nədir bu vurğunluğun səbəbi?

7. Sabir bəy, bir alim kimi bu məlumatı daha da dəqiqləşdirmənizi və genişləndirmənizi istərdim. Kitabın “Birinci Dünya savaşı” bölməsində oxuyuruq ki, Hadi bir erməni keşişi ilə görüşür və orada “Alqış bitik” adlı erməni əlifbası ilə yazılmış türkün dua kitabını görür, öyrənir ki, ermənilər kilsədə duanı türkcə oxuyurmuşlar...



Layihə rəhbəri: Şəhla Aslan


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031