manera.az
manera.az

“Dəli yığıncağı”nın premyerası olacaq

“Dəli yığıncağı”nın premyerası olacaq
Fevralın 15-i və 16-da Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev ifa edirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930