manera.az
manera.az

Azərbaycanlı yazıçının Xocalı faciəsi ilə bağlı romanı rus dilində

Azərbaycanlı yazıçının Xocalı faciəsi ilə bağlı romanı rus dilində
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Meyxoş Abdullahın real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı bu dəfə rus dilində “Pleniçça” adıyla çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitab rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub.

Xocalı faciəsini özündə əks etdirən romanda ermənilərə əsir düşən azərbaycanlı qadının məşəqqətli həyatından bəhs olunur.

Kitabın turajı beş yüzdür. Tərcüməçisi Təranə Məmməd və redaktoru isə Leyla Qədirzadədir.

Kitabın çapı üçün maddi dəstək göstərdiyinə görə yazıçı, Rahib Kərimova təşəkkür edib.

Əsər Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində oxuculara təqdim olunacaq. Kitabı əldə etmək istəyənlər müəlliflə əlaqə saxlaya bilərlər./moderator.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930