manera.az
manera.az

Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək

Ankarada “Nəsimi ili”nin bağlanış mərasimi keçiriləcək
Yanvarın 15-də Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun tədbir keçiriləcək.

Manera.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunur.

Mərasim çərçivəsində “Nəsimi” bədii filmi nümayiş olunacaq, Həsən Seyidbəylinin kino yaradıcılığını əks etdirən fotosərgi açılacaq və iştirakçılara TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabı təqdim ediləcək.

Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031