manera.az
manera.az

Hüseyn Cavidlə bağlı bilmədiyiniz – 8 fakt

Hüseyn Cavidlə bağlı bilmədiyiniz – 8 fakt
Manera.az Hüseyn Cavidlə bağlı 8 maraqlı faktı təqdim edir:

1. Hüseyn Cavidin həyatında 59 rəqəmi dəfələrlə təkrarlanıb: 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib, Bakıda 59 nömrəli evindən zorla çıxarılıb, Sibirdə 59 nömrəli məzarda dəfn olunub.

2. Cavid əfəndi çox həssas, qayğıkeş, mülayim, xoşrəftar olub. O, təxminən gecə saat üçə qədər işlədikdən sonra bir qədər yatar, dan ağarmamış oyanıb səhər saat 7-ə qədər işləyərdi. Səhər süfrəni hazırlayar, övladlarını məktəbə yola salardı. Həyat yoldaşının səhər tezdən oyanmasına razı olmazdı.

3. Görkəmli şair Abdulla Şaiq “Xatirələrim” adlı kitabçasında Cavidin yaxşı səsinin olduğunu və alvеr etməyi bacardığını desə də, həyat yoldaşı Mişkinaz Cavid bunu təkzib edib:

“Cavidin nə yaxşı səsi vardı, nə də alvеr еtməyi bacarardı. Bir nеçə dəfə bazarlıq еtməyə gеtdi, bacarmadı”.

4. H.Cavidin gözlərinin rəngi qonur idi, amma ömrünün son illərinə yaxın rəngi dəyişmişdi. Qızı Turan Cavidin sözlərinə görə, atasının gözləri uşaqlıqdan zəif olub və o, müalicə üçün hətta Almaniyaya da gedib.

5. H.Cavid “Zolotoye runo” tütünündən istifadə edirdi. Tütün istifadə edirdi ki, yazı prosesində tənbəki bükməyə vaxt sərf etməsin və papirosu azaltsın.

6. Cavidə böyük sevgi var idi. İnsanlar onu küçədə, bulvarda görəndə ayaq saxlayıb baxardılar.

7. SSRİ məkanında bir şair kimi ilk dəfə Hüseyn Cavidin nəşi başqa məkandan (Sibirdən) Vətənə gətirilib.

8. H.Cavid həbs olunan zaman evindən cəmi 6 manat kağız, 18 ədəd gümüş pul tapılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031