manera.az
manera.az

Özbəkistan Türk Konseyinə qoşuldu

Özbəkistan Türk Konseyinə qoşuldu
Özbəkistan türksoylu dövlətlərin birləşdiyi – Türk Konseyinə (Türk Şurası) qoşulmaq qərarı verib.

Manera.az xəbər verir ki, bu tarixi qərarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan edib: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi.

M.Çavuşoğlu daha bir müjdə də verib: “İlk dəfə olaraq Türkmənistandan da müsbət siqnal aldıq. Türkmənistan rəhbərliyi Konseydə müşahidəçi üzv olaraq qatılmaq istədiyini bəyan edib. Bunun üçün Türk Konseyinin Baş katibi Bağdad Amreyev və müavini Türkmənistana gedəcək”.

M.Çavuşoğlu Macarıstanın keçən il İssik Göldə keçirilən sammitdə quruma müşahidəçi üzvü olduğunu və Türk Şurasının digər üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə 19 sentyabrda Macarıstanın paytaxtında Türk Şurasının Avropa qərargahını açacağını xatırladıb.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə Özbəkistan qardaş Türk ölkələri ilə yaxınlaşma, inteqrasiya prosesindən uzaq saxlanılıb. Onun ölümündən sonra hakimiyyətə gələn Prezident Şövkət Mirziyayev Özbəkistanın Türk Birliyinə qovuşması üçün siyasi iradə ortaya qoyub. Özbəkistanın Türk Konseyinə qoşulması barədə tarixi qərar da məhz Şövkət Mirziyayevin qərarıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031