Fərid Hüseyn AYB-də sədr oldu

Tarix:12-07-2019, 16:17 Baxış Sayı:242

Fərid Hüseyn AYB-də sədr oldu
Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib.

Manera.az xəbər verir ki, öncə toplantının gündəliyi müzakiər edilib. İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.

Qərara alınıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2019-cu il "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Sərəncamına ,əsasən Xalq yazıçısı, Xalq şairləri fəxri adlarına layiq görülmüş şəxslər Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq İdarə Heyəti üzvlüyündən Ağsaqqallar Şurasının üzvlüyünə keçirilirlər.

İdarə Heyətində açılmış yerlərə Yazıçıların XIII Qurultayınadək yeni namizədlər təklif olunub. Yeni namizədlər səs verməylə İdarə Heyətinin üzvlüyünə təsdiq olunublar.

Bundan başqa, Gənclər Şurasının tərkibi də müzakirə edilib. Yaşı 35-i ötmüş yazıçı və şairləri gənc üzvlər əvəz edib. Gənclər Şurasının sədri şair Fərid Hüseyn və sədr müavini vəzifəsinə yazıçı Cavid Zeynallı seçilib.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyasının yaradılması təklif edilib.

Qərara alınıb ki, Komissiya yuxarıda qeyd edilmiş məsələlərlə bağlı Yazıçılar Birliyinin Katibliyinə və Ağsaqqallar Şurasına öz təkliflərini verir və təkliflər bu heyətin qərarıyla icra olunur. Etika Komissiyasının sədirliyinə Xalq yazıçısı Mövlud Süleymanlının namizədliyi təklif olunub. Təklif yekdilliklə qəbul edilib. Sədrin müavini isə tənqidçi, professor Rahid Ulusel seçilib./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ