manera.az
manera.az

M.F. Axundzadənin əsərləri ABŞ-da çap edilib

M.F. Axundzadənin əsərləri ABŞ-da çap edilib
Böyük Azərbaycan yazıçısı və mütəfəkiri Mirzə Fətəli Axundzadənin seçilmiş əsərləri ABŞ-da ingilis dilində çap edilib.

MANERA.AZ xəbər verir ki, tanınmış alim Həsən Cavadinin redaktorluğu ilə ‘Mazda Publishers’ nəşriyyatında çapdan çıxan kitabda M.F.Axundzadənin ‘Hacı Qara’, ‘Müsyo Jordan və Dərviş Məsətli Şah’, ‘Kimyagər’ və başqa əsərləri yer alıb.

Redaktorun yazdığı geniş Ön sözdə M.F.Axundzadə 'Müasir Azərbaycan və İran dramaturgiyasının atası’ kimi təqdim edilir, onun 19-cu əsrdə İslam dünyasının ən cəsarətli düşüncə sahiblərindən olduğu qeyd edilir.

Daha sonra bildirilir ki, islahatçı və liberal dəyərlərin tərəfdarı olan M.F.Axundzadə avropasayağı həyat tərzi və demokratik idarəçilik üsullarının nəinki Azərbaycanda, həm də İranda tətbiqini istəyirdi. Onun komediyalarındakı satira cəhalət və korrupsiyaya qarşı yönəlmişdi. Onun erkən pyesləri məşhur fransız dramaturqu Molyerin əsərlərini xatırladırdı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930