manera.az
manera.az

“Üzeyir Hacıbəylinin ömürnaməsi” - YENİ NƏŞR | MANERA.AZ

“Üzeyir Hacıbəylinin ömürnaməsi” -  YENİ NƏŞR | MANERA.AZ


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının təqdimat mərasimi keçirilib.

MEK-dən MANERA.AZ-a bildiriblər ki, tədbir akademik Üzeyir Hacıbəylinin 130, AMEA-nın 70 və akademik Bəkir Nəbiyevin 85 illik yubileyləri çərçivəsində təşkil olunub.

Əvvəlcə MEK-in direktoru Leyla İmanova çıxış edərək tədbirin təşkilində və kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək hər iki görkəmli şəxsiyyətin - Üzeyir Hacıbəylinin və Bəkir Nəbiyevin mənalı həyat yolundan danışıb, onların alim kimi elmə böyük töhfələr bəxş etdiyini söyləyib.

“Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı barədə fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti nadir faktlarla zəngin bu əsərin akademik Üzeyir Hacıbəyli şəxsiyyətini dolğun ifadə edən və müstəqillik illərində bəstəkar haqqında yazılan kitabların məntiqi yekunu olduğunu deyib. Bildirilib ki, əsər həm akademik B.Nəbiyevin elmi fəaliyyətini tamamlayır, həm də dahi bəstəkar Ü.Hacıbəylinin həyat və yaradıcılığını ümumiləşdirir.

Akademik qeyd edib ki, B.Nəbiyev bu çox qiymətli əsərində möhtəşəm yaradıcılıq yolu keçən Üzeyir Hacıbəylinin necə böyük və nadir şəxsiyyət, inanılmaz istedad sahibi olduğunu təcrübəli alim qələmi ilə açıb göstərə bilib, üzeyirsevərlərin və tədqiqatçıların ürəyincə olacaq təkrarsız bir əsər ortaya qoyub.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli B.Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıb.

Sonra məruzə ilə çıxış edən professor Qəzənfər Paşayev “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabını yazıb tamamlamağın B.Nəbiyevin ən böyük arzularından olduğunu söyləyib, əsəri üzeyirşünaslığa sanballı töhfə kimi dəyərləndirib.

Professorlar Zümrüd Dadaşzadə, Ülviyyə Hacıbəyova, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər çıxış edənlər hər iki şəxsiyyətin yaradıcılığından söz açıb, kitab barədə təəssüratlarını bölüşüblər.

Sonda “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabının işıq üzü görməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Mədəniyyət Fonduna iştirakçılar adından minnətdarlıq ifadə olunub.


“Üzeyir Hacıbəylinin ömürnaməsi” -  YENİ NƏŞR | MANERA.AZ
“Üzeyir Hacıbəylinin ömürnaməsi” -  YENİ NƏŞR | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930