Milli mücadilə: Birgə əməkdaşlıq çərçivəsində növbəti simpozium

Tarix:13-06-2019, 14:58 Baxış Sayı:88

Milli mücadilə: Birgə əməkdaşlıq çərçivəsində növbəti simpozium
Bu gün, 13 iyunda 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Qafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpoziumunun açılış mərasimi keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından danışıb.

Belə tədbirlərin təşkilini ölkələrimiz arasındakı milli mücadilə tarixinə bir töhfə olduğunu deyən akademik, istər Türkiyə Cümhuriyyətinin qurulmasında, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin xilasında soydaşlarımızın birgə mübarizəsini yüksək qiymətləndirib.

İ. Həbibbəyli eyni zamanda, Azərbaycanda fəalliyyət göstərən Türkiyə qurumları ilə Ədəbiyyat İsnstitutu arasında olan əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Bakı Yunus EImrə İnstitutunun direktoru Cihan Özdemir Milli mücadilənin 100 illiyinə töhfə olam bu tədbirin keçirilməsi üçün təşkilatçılara təşəkkür etib. O, vurğulayıb ki, ilk tərəfdaş kimi AMEA-nın seçilməsi təsadüfi deyil. Çünki akademik İsa Həbibbəyli hər zaman qardaşlıq məsələsini yalnız sözdə deyil, əməldə də göstərən bir elm adamıdır.

TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki də təşkilatçılara və iştirakçılara təşəkkür edərək bu cür birgə fəaliyyətin önəmindən bəhs edib.
Çıxışında “Çin, alman, monqol və başqa xalqların tarixi türk tarixindən bəhs edilmədən yazıla bilməz. Böyük millətlərin hafizələri də böyük olur, öna görə də bir tariximizi unutmamalıyıq”- deyən Türk Dil Qurumunun başqan yardımcısı Feyzi Ersoy da hər zaman belə toplantıların dəstəklənməsindən qürur duyduğunu bildirib.

“Türkiyə və Azərbaycan münasibətlərini sadəcə iki dövlətin əməkdaşlığı deyil, bütün dünyadakı məzlum insanların ümid yeridir” – deyərək Çanaqqala zəfərini türkün xilaskarlıq missiyasından bəhs edən KÜNİB-in başqanı Ramazan Korkmaz çıxışını “o zaman Bakının xilası üçün gəlib şəhid olmuşduq, indi gəlib Bakının inkişafına şahid olub sevinirik” sözləri ilə davam etdirib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov simpoziumda “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, milli mücadilə həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında geniş əks olunub. Bir məsələyə də xüsusi diqqət etmək lazımdır ki, mətbuatın o qədər də hakim olmadığı bir dönəmdə ədəbiyyat, xüsusən də poeziya mücadilədə çox böyük rol oynayıb. Bu işdə ozamankı gənc şairlərdən M.Ə.Yurdaqul, Ə.Cavad, C.Cabbarlı, Ümmulgülsüm, A.Şaiq daha fəal idilər. Onlar həmçinin Qafqaz İslam Ordusuna çoxlu milli ruhlu şeirlər həsr ediblər.

Bolqarıstan Şumnu Kültür Evi başqanı Nurten Remzi isə Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

Daha sonra simpoziuma məruzə ilə qatılan iştirakçılarının bölmə iclaslarında məruzələri dinlənilib.

Milli mücadilə: Birgə əməkdaşlıq çərçivəsində növbəti simpozium
Milli mücadilə: Birgə əməkdaşlıq çərçivəsində növbəti simpozium
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ