Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olundu

Tarix:7-06-2019, 11:27 Baxış Sayı:74

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olundu
MANERA.AZ xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 173 №-li tam orta məktəblə birgəYasamal rayon Heydər Əliyev MərkəzindəXalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirdi.

Tədbirdə ədibin övladları Elçin və Fərrux Şıxlınskilər, gəlini Sevinc Şıxlınskaya, məktəbin direktoru Sitarə Abbasova, müəllimlər Şərqiyyə Həsənova, Aybəniz İsgəndərova,Mərkəzi Kitabxananın əməkdaşları, oxucular, məktəblilər iştirak və çıxış edirdilər.

Xatirə gecəsini Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qonaqları salamlayaraq bildirdi ki,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd olunur. O,İsmayıl Şıxlının yaradıcılığından qısa məlumat verdi, qonaqları İ.Şıxlının xatirəsinə hazırlanmış videoçarxa baxmağa dəvət etdi.

Tədbirdə yazıçının ailə üzvləri çıxış edərək yazıçı haqqında xatirələrini danışdılar.

Məktəbin direktoru Sitarə Abbasova çıxışında vurğuladı ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanını ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirdi.

Kitabxananın əməkdaşı İradə Hüseynova bildirdi ki, İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər silsilə şəklində davam edəcək.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında mahnılar səsləndirildi.
Şagirdlər və kitabxanaçılar onları maraqlandıran sualları yazıçının ailə üzvlərinə verdilər.

173 №-li tam orta məktəbin şagirdi, gənc rəssam Naina Mehdipur tədbir zamanı çəkdiyi İsmayıl Şıxlının portretini ailə üzvlərinə təqdim etdi.

Sonda İsmayıl Şıxlının kitablarından ibarət sərgi nümayiş olundu.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ