Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilir

Tarix:21-05-2019, 12:31 Baxış Sayı:83

Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilir

Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilir

"Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçirilir

Manera.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçirilir.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, bu gün Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi auksiona çıxarılacaqdır.
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilir

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ