Baş redaktor BSU-da - MANERA.AZ

Tarix:15-09-2015, 20:13 Baxış Sayı:350

Baş redaktor BSU-da  - MANERA.AZ
Baş redaktoru Bı Slavyan Universitetində qonaq olub

Bilik günü münasibətilə respublikamızın bir sıra orta və ali təhsil ocaqlarında Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Heydər Əliyev Azərbaycan Multikulturalizminin siyasi banisidir” mövzusunda dərs saatlarını təşkil edir.

Bununla əlaqədar olaraq sentyabrın 15-də “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Slavyan Universitetində qonaq olub.

BSU-dan MANERA.AZ-a verilən xəbərə görə, Müxtəlif fakültələr üzrə təhsil alan tələbələrlə görüş zamanı rektor, professor Asif Hacıyev Bilik günü münasibətilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Bakı Slavyan Universitetində qonaq olmaqdan məmnunluuğunu bildirən Bayram Hüseynzadə multikulturalizmin Azərbaycanda inkişafından söhbət açıb. Dini dözümlülük, tolerantlıq, multikultural dəyərlərimizin Avropa multikultural dəyərləri ilə müqayisəsi fonunda müzakirələr aparılıb. İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr də fikir mübadiləsində iştirak ediblər və onların çoxsaylı sualları cavablandırılıb.

Görüşün sonunda Bayram Hüseynzadə Bilik günü münasibətilə tələbələri təbrik edib və onlara yeni nailiyyətlər arzulayıb.

Həmid Fərhadoğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ