Qəşəm Nəcəfzadənin esselər kitabı çap olunub

Tarix:15-04-2019, 09:37 Baxış Sayı:49

Qəşəm Nəcəfzadənin esselər kitabı çap olunub
Manera.az xəbər verir ki, şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” esselər kitabı çapdan çıxıb.

Kitaba şairin son illərdə yazdığı esselər toplanıb. Mətnin (esselərin) məqsədi insanlığı xilas etməkdir. Amma necə? Xaotik həyat ritmlərinin sərgisi imkan verir ki, əsas yolu insan (oxucu) özü seçsin. Müəlllif heç nəyin və heç kəsin tərəfində deyil. Necə ki, film göstərilir, mənfi və müsbət obrazlar, ölüm və həyat, işıq və qaranlıq bir anlıq göz önündən gəlib keçir. Tamaşaçı (həm oxucu) kitabın bir pərdəsini – vərəqini qatlayır. Deyəsən o, nəyisə dərk eləmişdi. Esselərin əsas vəzifəsi elə budur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ