Robot əsl dost ola bilərmi? - Uşaqlar üçün yeni kitab nəşr olundu

Tarix:10-04-2019, 15:43 Baxış Sayı:275

Robot əsl dost ola bilərmi? -  Uşaqlar üçün yeni kitab nəşr olundu
Uşaqlar üçün yeni macəra kitabı

Yazıçı Reyhan Yusifqızının uşaqlar üçün yeni macəra kitabı nəşr olunub.

Manera.az məlumat verən müəllif bildirib ki, kitab “Uzaq planetin sirri” adlanır: “Uzaq X planetindəki həyat və süni zəka – insan qarşıdurmasından bəhs edir. Robotun hissləri varmı? Robot əsl dost ola bilərmi? Yaxın gələcəkdə bizi nələr gözləyir?”

Yazarın dediyinə görə, müasir uşaqlar bu və ya digər suallara bu kitabda cavab tapacaqlar.

Qeyd edək ki, “Uzaq planetin sirri” elmi-fantastik trilogiyanın üçüncü kitabıdır. Bundan əvvəl iki kitab işıq üzü görüb: “Yaşıl gözlü qız”, “Zamanın əsirləri”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ