“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub

Tarix:15-03-2019, 23:07 Baxış Sayı:202

“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub
Martın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxasında ədəbiyyatşünas, maarif xadimi, tanınmış pedaqoq və ictimai xadim, Lətif Hüseynzadənin “Araz Şahiddir” adlı kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə mərhumun oğlu, pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə, AMEA-nın alimləri, QHT nümayəndələri, yazıçılar, jurnalistlər və Xətai rayon MKS-nin əməkdaşları iştirak ediblər.

“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub

Tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova çıxış edərək bildirib ki, Lətif Hüseynzadə ötən əsrin əvvəllərində erməni-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri qırğınların şahidi kimi tarixi əhəmiyyətli xatirələri məhz “Araz şahiddir” adlı kitabda qələmə alıb. Əsərdə 1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdikləri qanlı cinayətlərdən və türk ordusunun, onun baş komandiri Kazım Qarabəkir Paşanın Naxçıvanı erməni təcavüzündən xilas etməsindən bəhs edilir.

Sonra söz professor Rüfət Hüseynzadəyə verilib.

“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub

R. Hüseynzadə belə bir tədbirin təşkili üçün kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirərək, atası Lətif Hüseynzadə ilə bağlı xatirələrini danışıb.

Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova çıxışında Lətif Hüseynzadənin vətənimiz, xalqımız qarşısındakı xidmətləri tarixdə analoqu olmayan, misli görünməyən xidmətlər olduğunu bildirib.

Direktor çıxışının sonunda tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirərək belə görüşlərinin tez-tez keçirəcəyini iştirakçıların diqqətinə çatdırıb.

“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub
“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub
“Araz Şahiddir” kitabının yeni nəşri təqdim olunub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ