manera.az
manera.az

Bilik Fondu yeni layihəyə başladı - MANERA.AZ

Bilik Fondu yeni layihəyə başladı - MANERA.AZ


Bilik Fondu "Bilik evi"ndə yeni layihəyə başlayıb

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb. Yerlərdən gələn təkliflər nəzərə alınmaqla Qaxda yeni fəaliyyətə başlayan “Bilik evi”ndə ölkəmizin şimal-qərb bölgəsində xarici avtomobillərə texniki xidmət ustaları hazırlayan kurs açılıb. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan işsiz gənclər bu kursa cəlb edilib. "Auto Azerbaijan" şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanından keçən 15 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan təlim alacaqlar.

Kursun fəaliyyətə başlaması münasibəti ilə şirkətdə keçirilən mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, "Auto Azerbaijan" Dilerlərin İnkişafı Departamentinin müdiri İhsan Korkmazer, Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar.
Gənclər 13 xarici şirkətin ölkəmizdəki distributoru olan şirkətin fəaliyyəti haqqında filmə baxıblar, texniki xidmət bazaları ilə tanış olublar.

Bilik Fondu yeni layihəyə başladı - MANERA.AZ
Bilik Fondu yeni layihəyə başladı - MANERA.AZ

Bilik Fondu yeni layihəyə başladı - MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031