manera.az
manera.az

Türkiyədə Xocalı faciəsi anıldı, İbad Hüseynli təltif olundu...

Türkiyədə Xocalı faciəsi anıldı, İbad Hüseynli  təltif olundu...
İstanbulda Türk Ədəbiyatı Birliyində Xocalı faciəsinin 27 - ci ildönümü ilə bağlı konfrans keçirilib.

Manera.az-ın məəlumatına görə, tədbirə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu və Qarabağ savaşının qəhrəmanı, əli minlərlə günahsız soydaşımızın qanına batmış ASALA terror təşkilatının əsas siması olan cəllad Monte Melkonyanın başını kəsmiş İbad Hüseynli fəxri qonaq olaraq dəvət edilib.

Tədbirdə Türk Ədəbiyyat Birliyinin rəhbəri Serhat Kabaklının açılış çıxışından sonra Azərbaycanın Türkiyədəki könüllü səfiri İmdat Avşar və Prezidentin baş müşaviri Yalçın Topçu geniş çıxış ediblər.

Milli Qəhrəman İbad Hüseynlinin savaş yolu, Qarabağ münaqişəsinin yaranma səbəblərini və savaşın gətirdiyi fəakətlərdən bəhs edilib

Türkiyədə Xocalı faciəsi anıldı, İbad Hüseynli  təltif olundu...

İbad Hüseynli çıxışında Qarabağ müharibəsinin başlandığı ilk illərindən bu günə qədər yaşadığı mübarizədən danışıb.

Sonda Türk Ədəbiyyatı Birliyi tərəfindən İbadə Hüseynliyə "Cəsarət və Şərəf " medalı təqdim edilib.

Qeyd edək ki, medalı qəhrəmana Prezidentin baş müşaviri Yalçın Topçu təqdim edib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031