Tanınmış fotojurnalist vəfat edib » Manera.Az

Tanınmış fotojurnalist vəfat edib

Tarix:9-08-2018, 18:41 Baxış Sayı:109

Tanınmış fotojurnalist  vəfat edib
Tanınmış fotomüxbir və peşəkar fotoqraf, əməkdar jurnalist və əməkdar incəsənət xadimi, “Qızıl qələm” mükafatı laureatı Yaşar Xəlilov 84 yaşında vəfat edib.


Fotojurnalistika sahəsində yarım əsr fəaliyyət göstərmiş Yaşar Xəlilov sənətinin ustadı kimi həmişə ön sırada olub, ən çətin və məsuliyyətli tapşırıqlar ona həvalə edilib. Gecə-gündüz bilmədən işləyən fotoreportyor peşə ustalığını daim təkmilləşdirmək qayğısına qalırdı, Moskvada “Fotoreportaj və jurnalistika” kurslarını bitirmişdi.

Qeyd edək ki, milli fotojurnalistikamızın inkişafında özünəməxsus xidmətləri olan Yaşar Xəlilov “Şöhrət” ordeni ilə təltif edilmiş, bir sıra fəxri adlara layiq görülmüşdü.

Allah rəhmət eləsin!

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ