"Molla Nəsrəddin lətifələri" kitabı təqdim olunub

Tarix:12-07-2018, 13:32 Baxış Sayı:53

"Molla Nəsrəddin lətifələri" kitabı təqdim olunub


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Molla Nəsrəddin lətifələri" kitabının və mollanasreddin.az portalının təqdimatı keçirilib.

AMEA Folklor İnstitutunun və SOCAR-ın təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılması mühüm əhəmiyyətə malikdir.

Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev deyib ki, kitabda ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanılıb, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda 48 rəngli illüstrasiya əks olunub.

H. Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün axtarış sistemi, interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.

Kitabın ön sözünün müəllifi SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışıb. O qeyd edib ki, Molla Nəsrəddin lətifələri tərbiyəvi məzmun daşıyır.

Tədbir çıxışlarla başa çatıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ