Tanınmış ədiblər işgüzar səfərdə…

Tarix:4-07-2018, 16:49 Baxış Sayı:109

      Tanınmış ədiblər işgüzar səfərdə…
Tanınmış ədiblər- yazıçı, şair Əjdər Ol və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu 2-3 iyul tarixlərində Astanada keçirilən “Global Silk Road- Böyük İpək Yolu ölkələri merlərinin I forumu”nda iştirak ediblər.

Qazaxıstanın paytaxtı Astanada keçirilən forumun bir bölümü “İpək Yolu ölkələri ədəbiyyatları və mədəniyyətlər dünya kontekstində” mövzusuna həsr olunmuşdu. Həmin bölümdə azərbaycanlı ədiblərlə yanaşı Qazaxıstandan Oljas Suleymennov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Esdaulet Uluqbəy, Murad Auezov, Qırğızıstandan Yazıçılar Birliyinin sədri Akbar Rıskulov, Tatarıstan Yazıçılar Birliyinin sədri Daniil Salihov, Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov,Tacıkistan Yazıçılar İttifaqının sədr müavini Ato Mirxoca, Türkiyədən professor Orxan Söylməz, ABŞ-dan Kolumbiya Universiteti Global Classroomproject-Yer İnstitutunun regional direktoru Rafis Abazov, Qorqud İctimai Fondunun rəhbəri Dana Meirbekova da iştirak edirdilər.

Həm Əjdər Ol , həm Səlim Babullaoğlu mövzu ilə bağlı geniş məruzələr ediblər.
Forum zamanı bir çox ikitərəfli görüşlər də keçirilib, Azərbaycan ədəbiyyatının Çin, Qazaxıstan və Tacikistanda mütəmadi nəşri imkanları ilə bağlı bir çox məsələlər müzakirələr baş tutub.



Səlim Babullaoğlu və Əjdər Olla Daşkənddə görüş keçiriləcək

2-3 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq forumda iştirak edən tanınmış şairlər Səlim Babullaoğlu və Əjdər Ol daha bir maqalı görüşə dəvət alblar. Belə ki, iyulun 7-də Özbəkistanın paytaxtı Daşkənddə, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında şairlərlə görüş planlaşdırıb. Görüşü məşhur özbək jurnalisti və tərcüməçisi, Özbəkistanın www.ziyouz.com kimi ən böyük mədəniyyət portalının rəhbəri Davronbek Tojialiev təşkil edib.
      Tanınmış ədiblər işgüzar səfərdə…
Görüşdə Azərbaycan poeziyasını və bütövlükdə şeiri sevən özbək oxucular yanaşı Özbəkistanın tanınmış şairləri və alimləri də iştirak edəcəklər. Artıq sayt bu haqda məlumat verib.

Şairlərimizin Səmərqənd və Buxaraya da səfər edəcəyi, müxtəlif ədəbiyyat tədbirlərinə qatılacaqları da gözlənilir.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ