II beynəlxalq rəqs müsabiqəsi başlayıb

Tarix:25-06-2018, 23:09 Baxış Sayı:412

II beynəlxalq rəqs müsabiqəsi başlayıb

Bakıda Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsinın açılışı olub

Manera.az xəbər verir ki, açlış mərasimi Heydər Əliyev Sarayında baş tutub.

Müsabiqə Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Qəmər Almaszadənin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.

"Müsabiqə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri arasında özünəməxsus yer tutur. İki ildən bir keçirilən müsabiqənin məqsədi milli və klassik rəqs irsinin, habelə müasir rəqs cərəyanlarının nəsildən-nəslə ötürülməsi və təbliği, gənc istedadların tanınması, rəqs sənətinin və ifaçılıq bacarığının inkişaf etdirilməsi, müvafiq sahədə professional təhsilin səviyyəsinin yüksəldilməsi, milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliğidir."- deyə nazir bildirib.

II beynəlxalq rəqs müsabiqəsi başlayıb

Tədbirdə Əməkdar Müəllim Pellumb Aqilliyayın Qara Qarayevin simfoniyasına quruluş verdiyi “Həyatın ritmi” xoreoqrafik kompozisiyası, Bakı Xoreoqrafiya Akademiyasının bakalavr və kollec tələbələrinin modern kompozisiyası, “Muğam” xoreoqrafik kompozisiyası təqdim olunub.

Xatırladaq ki, müsabiqədə ölkəmizlə yanaşı, ABŞ, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və Yaponiyadan olan balet ustaları iştirak edirlər. Müsabiqənin nəticələrinə əsasən hər kateqoriyaya görə I, II, III dərəcəli laureat və Qran-Pri mükafatları təqdim edilir.

Müsabiqənin açılış mərasimi Heydər Əliyev Sarayında, I və II turları, eləcə də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və Qala konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcəkdir.

Müsabiqə iştirakçılarına və onların müəllimlərinə sertifikatlar veriləcək.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ