Aynel Məşədiyeva yeni kitabını təqdim edib

Tarix:21-06-2018, 13:00 Baxış Sayı:227

Aynel Məşədiyeva yeni kitabını təqdim edib
“Инфинитивы и имена действия в тюркских языках”

(“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitab işıq üzü görüb.


AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı növbəti dördüncü kitabı işıq üzü görüb.

Monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin leksik-semantik mahiyyətinin və morfoloji-sintaktik əlamətlərinin müqayisəli-tarixi təhlilinə həsr edilmişdir. Hər bir məsdər və feili isim formasının müfəssəl təhlili onların həm oxşar, həm də diferensial morfoloji-sintaktik və fonetik xüsusiyyətlərinin aşkar edilməsinə imkan vermişdir. Bundan əlavə kitabda türk dillərində məsdərlərin və feili isimlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri araşdırılır.

Monoqrafiyada türk dillərində və onların dialektlərində hər bir məsdər və feili isim şəkilçilərinin tarixi inkişaf gedişi izlənilir və etimologiyası kifayət qədər ətraflı öyrənilir. Bundan başqa, onların türk dillərində daha yayılmış növləri müəyyənləşdirilir. Kitabda həmçinin türk dillərində məsdərlərin və feili isimlərin başqa formalarla genetik qohumluğu izlənilir.

Monoqrafiya, filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur.

Kitabın redaktoru fil.e.d., prof. Rüfət Rüstəmov, rəyçilər fil.e.d., prof. Sayalı Sadıqova və fil.e.d., prof. Məhərrəm Məmmədlidir.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ