Fond mükafat tərtib etdi, qaliblər bəlli oldu... - MANERA.AZ

Tarix:23-05-2018, 09:05 Baxış Sayı:858

Fond mükafat tərtib  etdi, qaliblər bəlli oldu... - MANERA.AZ

Azərbaycan Yaradıcılıq Fondu yeni layihəyə başlayır

Fonddan Manera.az-a verilən məlumata görə, “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Fond “Ədəbiyyat adamı” layihə çərçivəsində artıq ilk işini yekunlaşdırıb. Belə ki, Fondun sədri Kamal Abdullanın rəhbərliyi ilə son aylarda keçirilən mütəmadi müzakirələr nəticəsində “Ədəbiyyat adamı” adlı mükafat təsis edilib. Qətiyyən gərgin olmayan, əksinə çox rahat keçən müzakirələrdən sonra Fondun nümayəndələri belə qərara gəliblər ki, dünya təcrübəsində ədəbi mükafatlar əsasən üç tipdə olur:

1) Konkret şərtləri, son qəbul tarixi elan edilmiş mükafata müəllif əsərlərinin təqdim edildiyi mükafatlar (Məsələn, Buker);

2) Hansısa qurumun konkret müəllifin, yaxud əsərin namizədliyini irəli sürdüyü mükafatlar (Məsələn, Nobel, İMPAC DUBLİN);

3) Mükafatın verən qurumun daxili müzakirələr nəticəsində təqdim etdiyi mükafatlar (Məsələn, Kafka mükafatı).

(Sözsüz ki, istisnalar, aralıq variantlar həmişə mövcuddur.)

Bu mənada “Ədəbiyyat adamı” mükafatı üçüncü bənddə qeyd olunan tipə uyğun gəlir. Mükafatın qalibləri tamamilə subyektiv meyarlar əsasında seçilib. Bu mükafatın unikallığı ondadır ki, burda konkurentlər yoxdur.

Fondun nümayəndələri düşünür ki, ədəbiyyat adamı deyəndə özünü gözə soxmayan, ötəri dəblərin havasına uymadan həmişə ədəbiyyat içində qalmağı bacaran, zəhmətkeşliyi, peşakarlığı sayəsində özü gözə batmadan həmişə gördüyü işlər yada düşən, ədəbiyyatı həyat tərzi kimi yaşayanlar nəzərdə tutulur.

Beləliklə, Azərbaycan Yaradıcılıq Fondu uzun, qısa siyahılar olmadan, birbaşa, birnəfəsə etdiyi seçimə əsasən aşağıdakı şəxsləri hər biri 1000 manat olmaqla, “Ədəbiyyat adamı” mükafatı ilə təltif edir:

Nəriman Əbdülrəhmanlı
Səlim Babullaoğlu
Seyfəddin Hüseynli
Elnarə Akimova
Şirindil Alışanlı


Mükafat qaliblərə bu həftə təqdim ediləcək.

P.S. “Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ